"Neftçi" klubunun futbolçusu Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə bu gün əməliyyat olunub.
Offsideplus.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, cərrahi əməliyyat uğurla həyata keçirilib.
28 yaşlı müdafiəçi təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.
Xatırladaq ki, UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnmişdi. Onun sağ ayağında sınıq tapılmış və əməliyyat olunması ilə bağlı qərar verilmişdi.