Braziliya yığmasının baş məşqçisi Tite Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappenin dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Avropadan daha asan olması ilə bağlı fikirlərinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 61 yaşlı mütəxəssis ESPN telekanalına müsahibəsində forvardla razılaşmadığını deyib.
O bildirib ki, Cənubi Amerika ölkələri arasındakı duellər "köhnə qitə"dəkindən qat-qat çətin və balanslıdır: "Boliviyada, Uruqvayda oynamaq asan deyil. Amma təbii ki, Mbappe bundan xəbərsizdir. Üstəlik, bizdə asanlıqla xal ala biləcəyimiz Azərbaycan kimi rəqib yoxdur".