"Neftçi" ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın futbolçusu Azər Salahlı zədələnib. 28 yaşlı müdafiəçi UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Rapid"lə oyunda xəsarət almışdı. O, 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdır.
Salahlı 3 ay ərzində yaşıl meydanlardan kənarda qalacaq.