Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə, milli komandaların idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
Offsideplus.az ilk beş pilləni diqqətinizə çatdırır:
Reytinqə bədii gimnastika üzrə qrup hərəkətləri komandası 435 xalla başçılıq edir. İkinci yerdə ötən ay Misirin paytaxtı Qahirədə dünya ikincisi olan qılıncoynadan Anna Başta (330 xal) və üçüncü pillədə bədii gimnast Zöhrə Ağamirovadır (300 xal), 4-cü pillədə güllə atıcısı Ruslan Lunyov (240 xal), 5-ci sırada cüdoçu Məmmədəli Mehdiyev (180 xal) qərarlaşıb.
Onu da qeyd edək ki, ötən gün Konyada keçirilən İslam həmrəyliyi oyunlarında qızıl medal qazanan atletimiz Anna Skidan isə (170 xal) 6-cı pillədə yer alır.