AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Eyndhoven şəhərindəki PSV stadionda keçiriləcək PSV (Eyndhoven, Niderland) – “Monako” (Fransa) matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 9-da baş tutacaq.