İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun mətbuat xidmətinin keçmiş rəhbəri Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, bu barədə İbrahimovun vəkili Fərid Haqverdiyev məlumat yayıb.

CAS Nurlanın məsələsi ilə bağlı qərarın verilmə tarixini sentyabrın 11-dək uzadıb. 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı "Feysbuk" səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. O, ötən il yanvar ayının 19-da Ağdam təmsilçisindən ayrıldığını açıqlayıb. CAS Nurlanla bağlı qərarın açıqlanmasını daha əvvəl 5 dəfə təxirə salıb