Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, iclasda PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və çempionatda iştirak edən 9 klubun nümayəndələri iştirak ediblər. Avrokubok oyunlarına görə səfərdə olduğundan “Zirə” klubunun nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.
Daha sonra sözügedən qurumun prezidentini müəyyənləşdirmək üçün yeni seçkilər baş tutub. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.