Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz” klubu heyətinə daha bir legioner futbolçu cəlb edir.
Belə ki, Qərb təmsilçisi ingiltərəli Natan Oduva ilə anlaşıb. Bu barədə məlumatı Offsideplus.az-a açıqlamasında klubun baş məşqçisi Ayxan Abbasov verib. Mütəxəssis tezliklə Oduva ilə müqavilə imzalanacağını bildirib. Futbolçu ilə sözləşmənin müddəti 1 il olacaq.
Geridə qoyduğumuz mövsümdə “Şamaxı”da çıxış etmiş 26 yaşlı yarımmüdafiəçi hazırda komandanın Tiflisdəki düşərgəsindədir.
Qeyd edək ki, Natan Oduva “Tottenhem”in yetirməsidir. O, İngiltərənin U-17, U-18 və U-20 millilərində də çıxış edib.
Fəqan İbrahimli