İsveçrənin “Sürix” komandası Bakıya yeni səfər formaları ilə gələ bilməyib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sürix” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk matçda əvvəlki formalarından istifadə edib. Klub səfər formalarının çatdırılması ilə bağlı problem yaşadığından, xüsusi qara formalardan istifadə etməli olub. Xəbərə görə, komandanın yeni mövsüm üçün ev və səfər geyimləri iyulun sonlarında satışa çıxarılacaq.

Qeyd edək ki, görüş “Qarabağ”ın rəqib üzərində 3:2 hesablı qələbəsi ilə başa çatıb.