“Qəbələ” ilə “Astana”nı heç vaxt müqayisə etməyəcəm”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Astana”nın baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına açıqlamasında deyib. Qazaxıstan çempionatının son turunda “Ordabaşı”nı 5:3 hesabı ilə məğlub etdikləri oyunu şərh edən ukraynalı mütəxəssis yerli jurnalistlərdən birinin “sabiq klubunuz “Qəbələ” ilə “Astana”nı müqayisə edə bilərsinizmi” sualına bu cür cavab verib:
“İşlədiyim bütün komandalar və futbolçular mənə çox əzizdirlər, hər birini sevirəm. Onları o qədər sevirəm ki, heç kimlə müqayisə edə bilmərəm. Onlar mənim üçün ən yaxşı olaraq qalırlar. İndi mənim komandam “Astana”dır. Hansı ki, mən onu möhkəm sevdim və bu komanda üçün çox şeyi qurban verməyə hazıram”.
Qeyd edək ki, Qriqorçuk mövsümün sonunda “Qəbələ”ni “Astana”ya dəyişib.(qol.az)