Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasına yeni sponsor axtardıqlarını söyləyib.

Offsideplus.az xəbər verir ki, qurum rəhbəri bu gün jurnalistlərə açıqlamasında  məsələ ilə bağlı belə deyib:

"Geridə qalan mövsüm sponsor var idi. Lakin həmin sponsor bizə uyğun olmadığından, onlardan imtina etdik. Bu mövzü ilə bağlı müzakirələrimiz gedir. Almaniya şirkəti ilə danışırıq. İnanırıq ki, alınacaq".

Qeyd edək ki, son 3 ildə futbol üzrə ölkə çempionatı sponsorsuz keçirilib.