AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında bu günə planlaşdırılan iclasının başlama vaxtı dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, iclas əvvəl nəzərdə tutulduğu vaxda, saat 17:00-da yox, saat 14:00-da baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi
2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
3. Sabah klubunun əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması
4. Digər məsələlər