Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rumıniyalı həmkarı Klaus İohannis arasında sabiq futbolçu George Haci və onun oğlu İanis barəsində maraqlı müzakirə gedib.
Offsideplus.az xəbər verir ki, bu barədə Ruminiyanın "RoFtbl" saytı məlumat yayıb. Xəbərə görə, türk lider həmkarından İanis haqqında məlumat əldə etmək istəyib.
Məlumata görə, Ərdoğan onu "Qalatasaray"da görmək istəyir.
Qeyd edək ki, George Haci müxtəlif illərdə "Qalatasaray"da futbolçu və baş məşqçi kimi fəaliyyət göstərib.