Çili millisinin və "İnter"in futbolçusu Artuto Vidal karyerasını Braziliyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi "Flamenqo" ilə razılığa gəlib. Onunla 18 aylıq müqavilə imzalanacaq. Bu barədə jurnalist Fabrizio Romano "tvitter" hesabında məlumat yayıb.
Qeyd edək ki, Vidal 2020-ci ildən "İnter"də çıxış edir.