Bildiyiniz kimi, "Neftçi"nin yeni baş məşqçisi Lorentsiu Reqekampf olub.

 "Ağ-qaralar" 46 yaşlı rumıniyalı mütəxəssislə 2 illik sözləşməyə imza atıb. Bu təyinatla bağlı fikirlərini öyrənmək üçün "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanova müraciət etdik.

Funksioner Offsideplus.az-a açıqlamasında bu haqda indidən danışmağın tez olduğunu söylədi: "Təyinat yenicə reallaşıb. İndidən bu haqda fikir bildirmək istəməzdim. Hər şeyi zaman göstərəcək".

Qeyd edək ki, Laurentsiu Regekamfın ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalara rəhbərlik edib. Rumıniyalı mütəxəssis Bolqarıstanın “Liteks”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” və “Əl-Vasl” klublarında da baş məşqçilik edib. Onun sonuncu iş yeri “Universitatya” (Krayova) olub.