Azərbaycan milli komandasının üzvü Araz Abdullayevin yenidən ölkə xaricində oynamaq istəyir.

Offsideplus.az xəbər verir ki, futbolçunun bu istəyini nəzərə alan “Qəbələ” klubu onu təlim-məşq toplanışına cəlb etməyib. Bizdə olan məlumata görə, Araz Abdullayevin konkret olaraq, iki ölkədən – Yunanıstan və Avstriyadan dəvəti var. Rəsmi müraciət isə Yunanıstandan gəlib. Bu klub isə bizim hər birimizə tanışdır. Çünki vaxtilə Araz abdullayev bu komandada oynayıb. Söhbət “Panionios”dan gedir. Yunanıstan klubu sabiq oyunçusunu qaytarmaq üçün çox maraqlıdır və əlahiddə bir şey baş verməsə Araz yenidən bu komandanın formasını geyinəcək.