"Əhval-ruhiyyəmiz o qədər də yüksək deyil. Çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri Belarus yığmasının üzvü Ruslan Yudenkov Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Azərbaycanla matçdan öncə keçirilən mətbuat konfransında deyib. 35 yaşlı müdafiəçi fikirlərinə belə davam edib:
"Sabah bizim üçün ən vacib oyundu. Gördüyüm qədərilə Azərbaycan oyun strukturu olan, yaxşı komandadı. Onlar necə futbol oynamaq lazım olduğunu yaxşı bilirlər. Topa sahib olmağı sevirlər. İlk oyunumuzu da götür-qoy etmişik. Necə olacağını sabah görəcəyik".
Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus görüşü saat 20:00-da başlayacaq.(qol.az)