"İnanırıq ki, bu gün Azərbaycan xalqını sevindirəcəyik".
Bu sözləri Offsideplus.az-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Davud Kərimi bugünkü Rumıniyaya qarşı keçirəcəkləri final matçı barədə danışarkən deyib.
O, finala qədər irəliləməylərinin səbəbinin güclü dəstək olduğunu deyib:
"Azərbaycan xalqının dəstəyi ilə finala adladıq. Hər birinizə minnətdaram. Həqiqətən də insanların dəstəyi bizi daha da ruhlandırdı. Bunun qarşılığını finalda da göstərməyə çalışacağıq".
Təcrübəli qolkiper Rumıniyanın millimizdən güclü olmadığını söyləyib:
"Şansları eyni qiymətləndirərdim. Rumıniya bizdən güclü deyil. Oyuna yaxşı hazırlaşmışıq. İnşallah, bu gün onlara qalib gələcəyik".
Cavid Əliyev