"Neftçi" klubunun yay hazırlıq planı məlum olub.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" iyunun 15-dən etibarən hazırlığın ilk mərhələsinə start verəcək. Bu barədə məlumatı saytımıza açıqlamasında paytaxt təmsilçisinin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev verib.
Onun sözlərinə görə, "Neftçi" hazırlığı Bakı və Türkiyədə keçəcək: "İyunun 15-dən etibarən futbolçular tibbi yoxlamadan keçiriləcək. İlk toplanışımız Bakıda olacaq. İyulun 1-də isə komanda Türkiyəyə yollanacaq".
Daşqın Əziz