Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.
Offsideplus.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbərverir ki, klub prezidenti Kamran Quliyev ümumi işlər, vitse-prezident Elnur Eyvazov infrastruktur baxımından görülən işlər, növbəti planlar, idman direktoru Zaur Əzizov isə A, B komandaları və Akademiya haqqında hesabat və planlar haqqında çıxış edib. Daha sonra bu məsələlərlə bağlı müzakirələr aparılaraq aşağıdakı qərarlar verilib:
Akademiya binası növbəti mövsümün sonuna qədər tam tikilib istifadəyə verilməsinə qərar verilib.
Samir Abasova xidmətlərinə görə təşəkkür edilib, onunla və məşqçi heyəti ilə yeni müqavilə imzalanmayıb.
Rəşad Abdullayev B komandaya baş məşqçi təyin edilib.
Akademiyaya bu ayın sonuna qədər təklif olunan namizədlər arasından bir nəfər əcnəbi mütəxəssisin texniki direktor təyin edilməsi qərara alınıb.
A komandaya təklif olunan baş məşqçi namizədlərindən biri ilə danışıqlar yekunlaşılmasına və 14 iyun tarixinə qədər keçirilməsi planlaşdırılan Müşahidə Şurasının iclasına çıxarılmasına qərar verilib.
Media və Marketinq Departamentinin hesabatı, büdcənin təsdiqi və digər məsələlərin müzakirəsi növbəti görüşün gündəliyinə salınıb.