UEFA Millətlər Liqasının 3-cü turunda keçiriləcək Azərbaycan - Slovakiya oyununun hakimləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, görüşü Litva Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək. Baş hakim Donatas Rumsas, laysmanlar Aleksandr Radius və Dovidas Sujidelis, dördüncü hakim isə Robertas Valikonis olacaq.
Qeyd edək ki, iyunun 10-du, saat 20:00-da başlanacaq oyun "Dalğa Arena"da keçiriləcək.