Futbol üzrə Belarus millisinin baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının 2-ci turunda Azərbaycanla sabahkı oyun öncəsi keçirilən mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, sabahkı matçla bağlı aşağıdakıları deyib:

 "Təbii ki, turnirin startında qələbə qazanmaq istəyirdim. Onda əhval-ruhiyyə daha yaxşı olardı. Ancaq narahat olmağa vaxtımız yoxdur. Çalışdıq ki, həmin görüşü yaxşı təhlil edək və düzgün nəticə çıxaraq. Gəlin, növbəti oyuna hazırlaşaq. Hələ hər şey qabaqdadır, hər şeyi həll etmək olar. Mən onlara böyük hörmətlə yanaşıram. Bu ölkədə vaxtilə Banişevski, Markarov, həmyaşıdım İqor Ponomaryov kimi əla futbolçular yetişib. Minsk “Dinamo”su “Neftçi” ilə həmişə maraqlı görüşlər keçirib. Azərbaycanda futbol inkişaf edir, idman üçün çox işlər görülür, yaxşı stadionlar salınıb. Mən onların futbolunu izləyirəm. Bu, mənə maraqlıdır".