Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Maqomed Adiyev Millətlər Liqasının 1-ci turunda sabah Azərbaycanla keçirəcəkləri matç öncəsi mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssis görüşdə yaxşı çıxış edəcəklərinə inandığını deyib:

"Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Rəqibin necə oyun göstərəcəyi də çox önəmlidir. Ard-arda 4 matç keçirəcəyik. Bu səbəbdən, gücümüzü bölməyə çalışacağıq. İlk görüşümüz Azərbaycan seçməsinə qarşı olacaq. Əlimizdə olan futbolçularla kifayətlənəcəyik. Artıq heyətə başqa kimlərisə dəvət etməyəcəm. Bu oyunçularla qarşıdakı 4 matçda mübarizə aparacağıq. Balanslı oyuna üstünlük verəcəyik. Buna Çempionlar Liqasını finalında "Real" - "Liverpul" matçını nümunə göstərə bilərəm. Hücum futbolu oynayaraq 0:5 hesabı ilə məğlub ola bilərsən. Amma balanslaşdırılmış futbol sərgiləyərək, qalib gəlmək mümkündür. "Liverpul" - "Real" matçı bunun bariz nümunəsidir".

Qeyd edək ki, isabah "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.