"Açığı, Aftandil Hacıyev "Səbail"dən ayrılandan sonra klubda qalmağa marağım azalıb. Həmçinin, yeni müqavilə təklifi də gəlmədiyinə görə, komandadan ayrılmağa qərar vermişəm".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Səbail"in futbolçusu Əfran İsmayılov deyib. 33 yaşlı yarımmüdafiəçi futbolçu karyerasını bitirib-bitirməyəcəyi barədə də danışıb:
"Demək olar ki, "Səbail"dən ayrılmışam. Bundan sonra necə olacaq - bu barədə indidən nəsə deyə bilmərəm. Futbolçu karyerama davam edib-etməyəcəyim barədə qərarı fikirləşdikdən, götür-qoy etdikdən sonra verəcəyəm".
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü 2020-ci ildən "dənizçilər"in heyətində çıxış edir. Onun komandasıyla müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.
Daşqın Əziz