“Səbail” klubunun Müşahidə Şurasının qərarı ilə sözügedən komandanı bundan sonra Mahmud Qurbanov çalışdıracaq.
Offsideplus.az "dənizçilər"in rəsmi saytına istinadla xəbər verir ki, 49 yaşlı mütəxəssislə 2023/2024-cü illər mövsümünün sonunadək (2 il) müqavilə bağlanıb.
Xatırladaq ki, Qurbanov 2018-ci ildən “Neftçi” PFK-nın əvəzedici heyətinin baş məşqçisi vəzifəsində çalışırdı. O, 2020/21 mövsümündə bu komanda ilə Birinci Divizionun qalibi olub.