Qazaxıstanın "Turan" klubunda çıxış edən Emil Balayev yenidən Azərbaycan yığma komandasına dəvət alıb.

Offsideplus.az xəbər verir ki, yığmanın baş məşqçisi Canni de Byazi 28 yaşlı qapıçını Qazaxıstan, Belarus və Slovakiya ilə UEFA Millətlər Liqasının oyunlarına çağırıb.

Qeyd edək ki, martın 4-də "Turan" klubu ilə müqavilə bağlayan Emil Balayev Türkestan təmsilçisində cəmi 1 oyun keçirib.