16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 18-dən 28-dək keçiriləcək hazırlıq prosesi Qəbələdə olacaq.
Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-16 mayın 25-də və 27-də latviyalı yaşıdları ilə qarşılaşacaq.