Bu gün “Qarabağ” klubu ilə müqaviləni yeniləyən Kevin Medina Ağdam təmsilçisinin rəsmi saytına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı müdafiəçi, yeni müqavilə bağlaması barədə bunları deyib:
“Qarabağ”a gəldiyim ilk gündən bəri hər kəslə yaxşı münasibətim və qarşılıqlı hörmətim olub. Mənim üçün müqaviləni uzatmaq və bu komandada daha bir neçə il qalmaq qərarı çətin olmadı. Daha üç il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm”.