"Qəbələ" klubunun iki futbolçusu – Yaovi Akakpo və Gülağa Əsədov uzun müddətdir ki, komandanın məşqlərində iştirak etmir.
Hər iki oyunçu əməliyyat olunduqdan sonra yaşıl meydanlara çıxa bilmir. Onların hazırkı durumundan xəbərdar olmaq üçün "qırmızı-qaralar"ın mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq.
Əyalət təmsilçisinin sözçüsü Offsideplus.az-a açıqlamasında adıçəkilən futbolçular üçün mövsümün bitdiyini bildirdi:
"Akakpoyla Gülağa Əsədov ağır əməliyyatdan sonra bərpa prosesi keçir. Hər ikisininin çarpaz bağları qırılmışdı. Bu səbəbdən onlar üçün mövsüm bitib. Qarşıdakı oyunlarda meydana çıxmaq şansları yoxdur".
Xatırladaq ki, "Qəbələ" mayın 15-i, Premyer Liqanın 27-ci turu çərçivəsində səfərdə "Şamaxı" ilə qarşılaşacaq. "Radarlar" 6 gün sonra doğma meydanda "Sabah"ı sınağa çəkəcək.
Daşqın Əziz