FİFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimovu cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla keçirilən ev matçında qonaqların futbolçusu Olivye Tillə ayaqla zərbə vurmasıdır.

Ali qurum Telluru 4 matçlıq cəzalandırıb. Həmçinin Azərbaycan millisi 5 000 İsveçrə frankı məbləğində cərimələnib. 

163703 wzzfa2mr7d