PSV-nin futbolçusu Mario Götze gələcək karyerası ilə bağlı danışıb.

 Offsideplus.az xəbər verir ki, 29 yaşlı almaniyalı yarımmüdafiəçi "Kicker"ə açıqlamasında ABŞ-da oynamaq istədiyini bildirib:

"Avropadakı çıxışımdan zövq almağa çalışıram. Daha sonra MLS getmək istəyirəm. Bu, çox yaxşı olar. Amma heç bir şey dəqiq deyil".

Qeyd edək ki, Götze 2020-ci ildən Eindhoven təmsilçisində çıxış edir.