"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya klubu ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, komandanın müdafiəçisi Maksim Medvedev rəqiblə bağlı fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:
"İstəmədiyimiz bir rəqib düşdü, 5 potensial rəqibdən ən güclüsüylə qarşılaşacağıq. İlk oyunumuz səfərdə olacaq, çalışmalıyıq ki, yaxşı nəticəylə qayıdaq. Maksimum diqqətli olmalıyıq, rəqib də öz meydanında qələbə qazanmağa çalışacaq. Avstriyada təlim-məşq toplanışımızı davam etdiririk. Hələ ki, əsasən fiziki göstəriciləri daha yaxşı vəziyyətə gətirmək üzərində çalışırıq. Növbəti günlərdə komandayla birlikdə rəqibi analiz etməyə başlayacağıq. Və buna uyğun taktika seçib meydana çıxacağıq. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, cütün ilk oyunu iyulun 11-də, Bakı vaxtı ilə saat 22-00-da Sloveniyada keçiriləcək.