"Beşiktaş"ın futbolçusu Miraləm Pyaniç karyerasını yenidən İtaliyada davam etdirəcək.
Offsideplus.az "Sport.es"ə istinadən xəbər verir ki,"İnter" 32 yaşlı bosniyalı yarımmüdafiəçini transfer edəcək. Lakin Milan təmsilçisi müqavilə əsasında "Barselona"ya məxsus oyunçunu icarə əsasında heyətinə cəlb etmək istəyir.
Belə ki, komanda Pyaniçin mövsüm ərzindəki maaşının yarısını ödəmək niyyətindədir.
Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm "qara qartallar"la keçirdiyi 26 matçda 4 məhsuldar ötürmə edib. O, daha əvvəl İtaliyada "Roma" və "Yuventus" formaları geyinib.