"Yuventus" PSJ-nin ulduz futbolçusu Anxel di Mariyanı heyətinə qatacaq.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, Turin təmsilçisi 34 aşlı argentinalı yarımmüdafiəçiyə 1 illik müqavilə təklif edib. Yayda Paris klubunda ayrılacaq olan oyunçu "qoca sinyora"ya gəlməyə müsbət yanaşır. Lakin ona ölkəsindən də ciddi təliflər var.
Qeyd edək ki, 2015-ci ildən Fransa klubunun şərəfini qoruyan futbolçu indiyədək çıxdığı 291 matçda 91 qol və 117 məhsuldar ötürmə edib.