"Mançester Yunayted"in futbolçusu Harri Maquayr bomba təhdidi alıb.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, komandanın azarkeşlərindən biri 29 yaşlı müdafiəçiyə 72 saat ərzində klubdan ayrılmayacağı halda evinin üç fərqli yerinə quraşdırdığı bombanı partladacağını deyib.
Məlumata görə, Maquayr ailəsi ilə birlikdə yaşadığı evdən təxliyə olunub.