"Fənərbağça" "Bavariya"da çıxış edən Marsel Zabitseri heyətinə qatmağa yaxındır.
Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, Münhen klubunun avstriyalı yarımmüdafiəçisi Roqon futbol agentliyi vasitəsilə "sarı-lacivərtlilər"ə təklif olunub. İstanbul nəhənginin oyunçunu icarə əsasında komandaya cəlb edəcəyi gözlənilir. 28 yaşlı futbolçunun Bundesliqa təmsilçisi ilə sözləşməsi 2025-ci ildə başa çatır.
Onunla hazırda "Arsenal" və "Atletiko" yaxından maraqlanır.
Qeyd edək ki, mövsüm əvvəlində "Leyptsiq"dən transfer olunan oyunçu 29 matçda 1 qol vurub.