Pirallahı adasında “IronWind Duatlon” adlı turnir keçiriləcək.
Offsideplus.az xəbər verir ki, aprelin 24-də Pirallahı adasında yerləşən Nərəkənd parkının (Nərəkənd İstirahət Mərkəzi) ərazisində “IronWind Duatlon” adlı turnir keçiriləcək.
Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə “Triterra Baku Triathlon Club” tərəfindən keçirilir.
Duatlon 3 mərhələdən ibarətdir. İdmançılar 5 kilometr qaçmalı, 20 kilometr velosiped sürməli və sonra isə 2,5 kilometr qaçmalı olacaqlar.
Turnir həm fərdi, həm də estafet formatında baş tutacaq.