"Real" növbəti mövsüm heyətini yeni futbolçu ilə gücləndirəcək.
Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, "kral klubu" "Monako"nun 22 yaşlı ulduzu Orelien Çaumeni heyətinə qatacaq. Artıq hər iki tərəf arasında danışıqların getdiyi bildirilib. Onun Liqa 1 təmsilçisi ilə hazırkı sözləşməsi 2024-cü ildə başa çatır.
Onunla "Liverpul" və "Çelsi"də ciddi şəkildə maraqlanır.
Qeyd edək ki, 2020-ci ildən "Monako"da çıxış edən yarımmüdafiəçi Fransa yığmasının heyətində 8 matçda 1 qola imza atıb.