Azərbaycan Premyer Liqasında 22-ci turun “Şamaxı” – “Neftçi” (1:2) matçından sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Offsideplus.az xəbər verir ki, Qurbanov matç barədə fikirlərini bildirib.

"Şamaxıda ilk oyunumuz idi. Yaxşı nəticə əldə edib, azarkeşlərimizi sevindirmək istəyirdik. Son çempiona qarşı oynayırdıq. Qarşılaşmanın çətin keçəcəyini bilirdik. Yaxşı  komandaya qarşı oynayırdıq. İstədiyimiz futbolu göstərməyə çalışdıq. İlk hissədə bunu etməyi bacardıq.Sona qədər öndə pressinq etmək asan deyil. Fasilədən sonra plan dəyişikliyi oldu. Futbolçular sona qədər mübarizə apardılar. "Neftçi"nin usta oyunçuları oyunun taleyini dəyişdi. Bu azarkeşlərin qarşısında məğlub olmaq pisdir. Gələcəkdə onları sevindirməyə çalışacağıq"