Niderland 2-ci liqasında növbəti turun oyunları keçirilib.

 Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin və "Sabah"ın sabiq futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi "Telstar" səfərdə  “Ekselsior”la qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb -4:1.

Ozan bu matçda 90 dəqiqə meydanda olub və 52-də penaltidən komandasının üçüncü qolunu vurub.