"Qalatasaray"ın futbolçusu Mustafa Məhəmməd karyerasını Səudiyyə Ərəbistanda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, sözügedən ölkənin "Əl-Nəsr" klubu 24 yaşlı misirli forvardı transfer etmək istəyir. Ərəblər bu keçid üçün "cim-bom"a 10 milton təklif etməyə hazırdır. Bu barədə Misir mediası məlumat yayıb.
Qeyd edək ki, İstanbul nəhəngi ilə 2025-ci ilə qədər sözləşməsi olan Mustafa bu mövsüm 36 matçda 7 qol və 5 məhsuldar ötürmə edib.
Onunla Fransanın "Lill", "Lion" və "Marsel" klubları yaxından maraqlanır.