Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının bayrağı altındakı turirlərdən imtina edib.
Offsideplus.az xəbər verir ki, o, bu barədə "feysbuk" hesabında məlumat yayıb. Məmmədov Rusiyanın Ukraynayla apardığı müharibəyə görə bu hərəkəti edib: “Nə qədər ki, FİDE prezidentin Rusiyapərəstdir, müharibə müddətində qurumun turnirlərində oynamayacağam. Ukraynaya eşq olsun!” - deyə o yazıb.
Qeyd edək ki, Raufun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.


