"Bayern Münhen"in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-yə qarşı keçiriləcək cavab matçı öncəsi iddialı danışıb.

Offsideplus.az xəbər verir ki, ilk oyunda Paris təmsilçisinə 4:5 hesabı ilə uduzan (oyun gedişində 2:5 geridə olublar) Münhen klubunda həm futbolçular, həm də azarkeşlər finala inanır.

Kompani görüş öncəsində mətbuat konfransında bunları söyləyib:

"Birlikdə növbəti addımı atacağımıza dair güclü inamımız var. Mövsümün əvvəlində çox az adam bizim finalın bir addımlığına gələcəyimizə inanırdı. İndi buradayıq, azarkeşlərimiz bizə güvənir və birlikdə bu anı unudulmaz etmək istəyirik".