Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində Belarusla səfər oyunu Serbiyada baş tuta bilər.
Offsideplus.az xəbər verir ki, yerli federasiya bununla bağlı araşdırma aparır. Hazırda ev matçlarının Serbiyada keçirilməsi ən doğru variant hesab edilir. Yekun qərarın isə yaxın günlərdə veriləcəyi gözlənilir.
Xatırladaq ki, UEFA martın 3-də Belarus millisinə və klublarına sanksiya tətbiq edərək, onların ev oyunlarını neytral stadionlarda, tamaşaçısız keçirməsini qərara alıb. Millətlər Liqasında C liqasının 3-cü qrupunda Azərbaycanla eyni qrupda yer alan Belarus millimizlə ev oyununu iyunun 6-da keçirməlidir.