"Barselona" "Leyptsiq"də çıxış edən Dani Olmonu heyətinə qatmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Bildirilib ki, Bundesliqa təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro istəyir. Onun Almaniya klubuyla sözləşməsi 20240cü ildə başa çatır. Katalonlar bu transferi 2023-cü ildə reallaşdırmaq arzusundadır.
Qeyd edək ki, "Barselona" yetirməsi olan Olmo 2020-ci ildə "Dinamo"dan ( Zaqreb ) "Leyptsiq"ə keçib.