Xorvatiya millisinin sabiq üzvü və hazırda "Şaxtyor"un futbol direktoru işləyən Daryo Srna təqdirəlayiq addımı ilə diqqət çəkib. 

Offsideplus.az xəbər verir ki, 39 yaşlı sabiq müdafiəçi 100 uşağı və ailələrini Ukraynadan təxliyyə edərək Xorvatiyada məskunlaşdırıb. O, 36 saat içində Kiyevdən çıxartdığı insanlarla birlikdə böyük təhlükə yaşayıb.

 

Qeyd edək ki,Srna 2002/2016-cı illərdə Xorvatiya millisində, 2003/2018-ci illər aralığında isə "Şaxtyor"da çıxış edib.