Azərbaycan millisinin üzvü Bədavi Hüseynov sıradan çıxıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Canni de Byazi deyib. İtaliyalı mütəxəssis 30 yaşlı müdafiəçinin ayaq əzələsində problem olduğunu bildirib. 

Bununla da Bədavi sabah keçiriləcək Latviya ilə yoxlama oyununda iştirak etməyəcək.

 

Xatırladaq ki, sabah baş tutacaq matç Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.