"Qarabağ"ın futbolçusu Leandro Andrade milidə debüt edib.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Kabo-Verdenin heyətində Lixtenşteylə matçda yığma formasıyla ilk görşünü keçirib.
Görüş Andradenin komandasının qələbəsi ilə başa çatıb - 6:0.
O, bununla bağlı "instaqram" hesabında paylaşım edib:
"Bu xalqı təmsil etməkdən qürur duyuram. Daha bir arzum reallaşdı".