Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevin yığmadakı vəzifəsi bəlli olub.

Offsideplus.az xəbər verir ki, o, əsas yığma komandada çalışacaq. 38 yaşlı veteran Canni de Byazinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Ağayev komandada qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, daha əvvəl bu işi Dmitri Kramarenko yerinə yetirirdi.