"Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov Şamaxıya gedişlərinin gecikməsi ilə bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sumqayıt"la heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib:
"Biz tərəfdən rəsmi açıqlama olmamışdı ki, ora gedirik. Futbolçu və məşqçi heyəti verilən tapşırığı yerinə yetirir. Deyirlərsə, orada oynayacağıq, gedəcəyik. Belə qərar verildi. "Səbail"lə oyundan sonra bilirdik ki, burada oynayacağıq. Klub tərəfindən nə açıqlama olsa, bunu yerinə yetirəcəyik".
Qeyd edək ki, "Keşlə" "Şamaxı" adı ilə çıxış edəcək.